Avrozonada işsizlik səviyyəsi iyunda 6,5%-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

Məlumata görə, mayda Avrozonada işsizlik nisbəti 6,4% təşkil edib.

Avrozonanın ən böyük ölkələri arasında ən aşağı işsizlik səviyyəsi Almaniyada (3,4%), ən yüksək göstərici isə İspaniyada (11,5%) qeydə alınıb. Fransada işsizlik 7,4% təşkil edib. İtaliyada isə bu göstərici 6,9%-dən 7%-ə yüksəlib.

Bölgədə işsizlərin sayı may ayına nisbətən iyunda 41 min nəfər artaraq 11 milyon 122 min nəfərə çatıb.

 

Sadiq Cavadov