Türkiyə bu ilin birinci yarısında 5 milyard 451 milyon 993 min dollar dəyərində minik avtomobili ixrac edib.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, ölkə yanvar-iyun dövründə 103 ölkəyə avtomobil satıb.

Hesabat dövründə ölkənin minik avtomobil ixracının həcmi 18,78% artıb.

Minik avtomobillərinin ixrac edildiyi ölkələrə nəzər saldıqda Türkiyənin avtomobil sektorunda ikinci əsas bazarı olan Fransa birinci yerə yüksəlib.