"Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludoqorets”lə keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

İqtisadiyyat.az saytının məlumatına görə, ilk görüş avqustun 6-da Bakıda baş tutacaq.

Matçın start fiti saat 20:00-da səslənəcək. Bu komandaların Bolqarıstandakı cavab qarşılaşması avqustun 13-də reallaşacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində “Qarabağ” “Linkoln”u, “Ludoqorets” isə Minsk “Dinamo”sunu üstələyib