Böyük Britaniyanın neft-qaz şirkəti “Shell”in bu ilin ikinci rübündə mənfəəti əvvəlki rüblə müqayisədə 18,6% azalaraq 6,3 milyard dollara enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Məlumata görə, birinci rübdə şirkət 7,73 milyard dollar mənfəət əldə edib. “Shell”in ikinci rübdə mənfəətinin azalmasına səbəb enerji qiymətlərinin ucuzlaşması olub.

Şirkət növbəti üç ay ərzində 3,5 milyard dollar dəyərində səhmlərini geri alacağını açıqlayıb.

 

Gözəl Həşimova