2023-cü ildə dünya üzrə ən çox minik avtomobili istehsal edən ölkələrin siyahısı açıqlanıb.

İqtisadiyyat.az bu barədə dünya statistikasının materialları əsasında araşdırma aparıb.

Məlumata görə, ötən il Çin minik avtomobillərinin istehsalına görə lider olub. Belə ki, ölkə bu dövrdə təxminən 26,1 milyon ədəd avtomobil istehsal edib. Siyahıda ikinci yerdə 7,8 milyon avtomobil istehsalı ilə Yaponiya qərarlaşıb.

Dünyanın ən böyük minik avtomobil istehsalçıları siyahısını Yaponiya, Almaniya, Hindistan və Cənubi Koreya tamamlayıb. Aparıcı avtomobil istehsalçıları arasında Almaniyanın "Volkswagen Group" və Yaponiyanın "Toyota Motor Corporation" şirkətləri var.

Dünyada ən çox minik avtomobili istehsal edən ölkələr isə bunlardır:

Ölkə

Avtomobil istehsalı

Çin

26,2 milyon ədəd

Yaponiya

7,77 milyon ədəd

Hindistan

4,78 milyon ədəd

Almaniya

4,11 milyon ədəd

Cənubi Koreya

3,1 milyon ədəd

İspaniya

1,91 milyon ədəd

Brazilya

1,78 milyon ədəd

ABŞ

1,75 milyon ədəd

Çexiya

1,4 milyon ədəd

İndoneziya

1,18 milyon ədəd

 

Qeyd edək ki, 2023-сü ildə Azərbaycanda 3738 ədəd və ya əvvəlki illə müqayisədə 1689 ədəd çox minik avtomobili istehsal olunub. 

Gözəl Həşimova