Türkiyədə sel fəlakətində həlak olanların sayı artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, sel fəlakəti nəticəsində Şanlıurfa və Adıyamanda həlak olanların sayı 20-ə çatıb.

Adıyaman vilayətinin Tut rayonunda itkin sayılan ana və övladının axtarışları zamanı uşaqın meyiti tapılıb.