Türkiyə və Misir qarşılıqlı olaraq səfirlər təyin edəcəklər.

İqtisadiyyat.az bildirir ki, bu barədə TürkiyəXİN rəhbəriMövlud Çavuşoğlu Misirə ziyarəti çərçivəsində yerli jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bununla bağlı yaxın vaxtlarda qərar veriləcək. Çavuşoğlunun sözlərinə görə, 2013-cü ildən bəri iki ölkə arasında diplomatik münasibətlər müvəqqəti vəkillər səviyyəsində idi.