İraqın şimalındakı Hakurk bölgəsində 2, Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsində isə 1 PKK terrorçusu zərərsizləşdirilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada terrorla mübarizədə əzmkarlıq vurğulanıb: "Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk bölgəsində 2 PKK terrorçusunu, Suriyanın şimalında "Barış Pınarı" bölgəsində isə aşkarladıqları 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib".