2008-2016-cı illərdə Tayvan administrasiyasına rəhbərlik etmiş Ma İnszyu Çinə səfər edəcək.

İqtisadiyyat.az bildirir ki, bu barədə Çin mediasına məlumat yer alıb. Məlumata görə səfər 27 mart-7aprel tarixlərində baş tutacaq.

Onun bir neçə Çin şəhərinə gedəcəyi planlaşdırılıb. Həmçinin səfər zamanı tayvanlı tələbələrlə Çin universitetlərindəki tələbələr arasında görüş keçiriləcək.