"Bizim də əsas məqsədlərimizdən biri odur ki, uçot dərəcəsi qısa müddətdə bazara təsir etsin, inflyasiyanın tənzimlənməsində rol oynasın”

İqtisadiyyat.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

“Artıq banklararası faizlər uçot dərəcəsinə uyğun formalaşır. Bizim də əsas məqsədlərimizdən biri odur ki, uçot dərəcəsi qısa müddətdə bazara təsir etsin, inflyasiyanın tənzimlənməsində rol oynasın”, - deyə o, qeyd edib.

“Banklar arasında sentyabrda 788 milyon manatlıq, oktyabrda isə 1 milyard 426 milyon manatlıq əqd bağlanılıb. Bunlar da bank sektoru üçün rekord göstəricilərdir”, - deyə baş bankir əlavə edib.