Dünyada mərkəzi banklar bu ilin birinci yarısında rekord səviyyədə qızıl alıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurası hesabatını dərc edib.

Hesabat dövründə mərkəzi bankların qızıl alışları 483 tonla rekord səviyyəyə çatıb. Məlumata görə, qlobal qızıl tələbi bu ilin ikinci rübündə 6% azalaraq 929 tona enib.

Mərkəz bankların qızıl tələbinin qarşıdakı dövrlərdə də güclü qalacağı gözlənilir.

Hesabatda bildirilib ki, mərkəzi bankların qızılı ehtiyatlarında saxlamalarının əsas səbəbləri arasında təhlükəsizlik əsas motivasiya olduğu görünür.

 

Gözəl Həşimova