Avropanın yeraltı qaz anbarlarında (UGS) ehtiyatlar 90%-ə yaxındır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS “Gas Infrastructure Europe” (GIE) hesabatına istinadən yazır.

Bildirilir ki, hazırda UGS obyektləri 89,77% doludur. Bu, son beş il ərzində bu dövr üçün orta göstəricidən 8,09% çoxdur. Bununla belə, bu rəqəm 2023-cü ildə, anbarların təqribən 91% dolu olduğu zaman müəyyən edilmiş rekord səviyyədən aşağıdır.

Məlumata görə, iyulun sonunda terminallardan Avropa qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qazın (LNG) daxilolmaları 2021-ci ilin noyabrından minimuma enib. Avqust ayında dinamika davam edib.

Avqustun əvvəlindən Avropada qazın orta birja qiyməti iyul ayı ilə müqayisədə 19% artaraq 1 min kubmetr üçün 435 dollara yüksəlib.

 

Sadiq Cavadov