Bu ilin yanvar-iyul aylarında Çinə səfər edən xarici turistlərin sayı illik müqayisədə 129,9 faiz artaraq 17,25 milyon nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Milli İmmiqrasiya İdarəsi bildirib.

Çinə gələn əcnəbilərin orta gündəlik istehlakının təxminən 3500 yuan olduğu nəzərə alınsa, bunun ümumi istehlakı birbaşa olaraq 100 milyard yuandan (təxminən 14 milyard dollar) çox artıracağı gözlənilir.

 

Gözəl Həşimova