Avrozonada iyul ayında illik inflyasiya 2,5%-dən 2,6%-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika Təşkilatı (Eurostat) məlumat yayıb.

Avrozonada aylıq inflyasiya isə 0,2% səviyyəsində olub. Hesabat dövründə Avropa İttifaqında isə illik inflyasiya 2,6%-dən 2,8% yüksəlib.

Bu dövrdə ən yüksək inflyasiya 5,8% ilə Rumıniya, 5,4% ilə Belçika və 4,1% ilə Macarıstanda müşahidə olub.

İyulda inflyasiyası Almaniyada 2,6%, Fransada 2,7%, İtaliyada 1,6%, İspaniyada isə 2,9% səviyyəsində olub.

 

Gözəl Həşimova