Üçtərəfli bəyanatın qəbul edildiyi 2020-ci il noyabrın 10-dan 2024-cü il iyulun 31-nə qədər azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, 152 min 619 ha ərazidə ümumilikdə 126 663 mina və partlamamış hərbi sursat aşkarlanıb:

"Onlardan 32 940 mina piyada əleyhinə, 19 956 mina tank əleyhinə, 73 min 767 isə partlamamış hərbi sursatdır".///report