Almaniya G7 ölkələri ilə birlikdə Ukraynaya 50 milyard avro kredit verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts sosial şəbəkədəki hesabında bildirib.

“Almaniya Ukraynanın Avropada ən güclü dəstəkçisidir və belə də qalır”, - o yazıb.

Xatırladaq ki, G7 ölkələrinin liderləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 50 milyard dollar vəsaitin Ukraynaya köçürülməsi barədə sazişi təsdiqləyib.

 

Sadiq Cavadov