Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev müvafiq fərman imzalayaraq bölgədə yüksək hazırlıq rejimi tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə rayonun informasiya siyasəti şöbəsindən məlumat verilib.

"Sverdlovsk vilayətinin ərazisində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə vahid dövlət sisteminin Sverdlovsk regional alt sisteminin hakimiyyət orqanları və qüvvələri üçün yüksək xəbərdarlıq rejimi tətbiq edilib”.

Qeyd olunur ki, fərmanın icrasına nəzarət Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsinə həvalə edilib, sənədin icrası Kuyvaşevin şəxsi nəzarətindədir.