Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

Hazırda məhz bu ölkə Təhlükəsizlik Şurasının sədri kimi fəaliyyət göstərir.

İclas İranın xahişi ilə keçirilir. Toplantı Bakı vaxtilə 1 avqust 00:00-da başlayacaq.