Sony Honda Mobility təşəbbüsü avtomobil dünyasına yeni nəfəs verməyə hazırlaşır. Yeni istehsal edilən elektrikli Honda avtomobillərini əyləncə mərkəzinə çevirməyə hazırlaşan startap musiqi, film və PlayStation 5 kimi əyləncələri ön planda tutan avtomobillər istehsal etməyi planlaşdırır.
PlayStation 5 inteqrasiya olunmuş Honda avtomobilinin 2026-cı ildə buraxılacağı gözlənilir
Bununla belə, Sony və Honda Mobility-nin həll etməli olduğu bir məsələ var və bu, əsl “hərəkətlilik” hissəsidir. Şirkət avtomobili sürücünün səyahət zamanı əyləncə sistemlərində izləməsi və oynaması üçün tam avtonom etməyi planlaşdırır.
Qeyd edək ki, Sony və Honda 2022-ci ilin martında birgə müəssisə müqaviləsi imzaladıqlarını və şirkətlərin sentyabr ayında Sony Honda Mobility Inc-ə birləşdirildiyini açıqlamışdı.

Məhəbbət Məmmədov