Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak dron istehsal edən İran zavodlarına zərbə endirməyi təklif edib.

Bu barədə Prezident Ofisinin rəsmisi Vahid Ukrayna telemarafonunun efirində bildirib.

M.Podolyakın fikrincə sanksiya və embarqo Tehranı cəzalandırmaq üçün yetərli olmayacaq:

“Dronların Rusiyaya ötürülməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni müharibədən əvvəl mindən çox pilotsuz uçan aparatı təhvil vermişdilər, yalnız rusiyalılar döyüş meydanında müharibəni praktiki olaraq uduzduqdan sonra istifadə etməyə başladılar. Yəni kritik infrastrukturumuzu dağıtmaq əvəzinə 8 ay anbarlarda qalmışdılar?”.