İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Ukraynada müharibə başlamazdan aylar əvvəl Rusiyaya məhdud sayda pilotsuz uçuş aparatları (PUA) göndərdiklərini bildirib.
İranın rəsmi agentliyi İRNA xəbər verir ki, bu barədə Əmir-Abdullahian mətbuata açıqlamasında bildirib:

"Bəzi Qərb ölkələrinin raketlərlə bağlı irəli sürdüyü iddialar tamamilə yanlışdır, lakin pilotsuz uçuş aparatları ilə bağlı bəzi məsələlər doğrudur. Məhdud sayda pilotsuz aparatlar Ukraynadakı müharibədən aylar əvvəl göndərilmişdi Rusiyaya. Onların əlində Rusiyanın Ukraynada İran PUA-larından istifadə etdiyini göstərən sənədlər varsa, paylaşsınlar."