Rusiya məktəblərində Afrika dilləri olan suahili və amhar dili tədris olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun direktoru Aleksey Maslov Rusiya-Afrika Beynəlxalq Parlament Konfransında bildirib.

"Biz Afrikanın mentalitetini və əsas inkişaf modellərini başa düşməyə qadir olan və Afrikanın sadəcə qitə olmadığını başa düşə bilən yeni nəsil hazırlayırıq. Fərqli iqtisadi və siyasi ənənələrə malik müxtəlif regionlar var", - deyə Maslov vurğulayıb.