Bu ilin ilk iki ayında Rusiya Çinə satdığı neftin miqdarını 4 dəfə artırıb. Bununla da Rusiya Səudiyyə Ərəbistanını geridə qoyub və Çinin ən böyük neft tədarükçüsünə çevrilib. 

İqtisadiyyat.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb. Çinin Baş Gömrük İdarəsi bildirib ki, yanvar-fevral aylarında Rusiyadan neft idxalı sutkada, demək olar ki, 2 milyon barrelə yüksəlib, tədarük olunan xammalın ümumi həcmi isə 15,7 milyon tona çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur.

Səudiyyə Ərəbistanı iki ayda 13,92 milyon ton neft satıb ki, bu da gündə təxminən 1,7 milyon barrel deməkdir.

Qeyd olunub ki, ötən il Səudiyyə Ərəbistanı 87,5 milyon ton, Rusiya isə 86,2 milyon ton xam neft tədarük edib.