Qızıl investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti addımını gözlədiyi bir zamanda cüzi ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 1,75 dollar və ya 0,11 % azalaraq 1 unsiyası 1 663,85 ABŞ dolları təşkil edib. Gümüşün dekabr fyuçersləri isə 0,13 % ucuzlaşaraq 1 unsiyası 19,470 dollar olub.

Ekspertlərin əksəriyyəti FED-in noyabr ayında uçot dərəcəsini yenidən 0,75 faiz bəndi artıraraq illik 3,75-4%-ə çatdıracağını proqnozlaşdırır.