Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,59% artaraq, 1 770,7 ABŞ dollarına bərabər olub.

Bu barədə İqtisadiyyat.az birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,2% artaraq, 21,79 dollar təşkil edib.