“Sentyabrda Türkiyənin ümumi neft idxalında ən böyük maddəsini təşkil edən xam neft idxalı yüzdə 4,96 artaraq, 2 milyon 984 min 449 tona yüksəlib. Dizel növlərinin idxalı isə yüzdə 4,30 azalaraq, 905 min 557 ton olub. İdxalın qalan hissəsini aviasiya və dəniz yanacağı, benzin və mazut növləri və digər məhsullar təşkil edib.

Bu barədə məlumat Türkiyənin "Neft Bazarı Sektorunun Hesabatı"da yer alıb.

Beləliklə, ümumi idxal sentyabr ayında əvvəlki ilin eyni ayına görə yüzdə 9,16 artaraq 4 milyon 348 min 338 ton olub.

Qeyd edək ki, xam neft və neft məhsullarının ən çox idxalı 2 milyon 41 min ton ilə Rusiyadan, 1 milyon 76 min ton ilə İraqdan və 262 min 293 ton ilə Qazaxıstandan edilib.