2026-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 7 416,19 milyon manata çatacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib. Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozuna (5 606,27 milyon manat) nisbətən 32,3% və ya 1,8 milyard manat çoxdur.Layihədə Fondun gələn il üçün gəlirləri 6 263,97 milyon manat, 2024-ci il üçün 6 730,59 milyon manat, 2025-ci il üzrə isə 7 076,59 milyon manat proqnozlaşdırılıb.

Qeyd edək ki, Fondun xərcləri gəlirləri ilə eyni həcmdə nəzərdə tutulub.