Çin prezidenti Si Cinpin Rusiyaya səfəri çərçivəsində - martın 21-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Kremlin sözçüsü Dmitri Peskov məlumat paylaşıb. O bildirib ki, iki ölkə lideri arasında görüş martın 20-də başlayacaq və onlar qeyri-rəsmi naharda bir araya gələcəklər.
Görüşdən sonra liderlərin mətbuata açıqlamaları baş tutacaq.