Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə Ukrayna ilə bağlı sülh planını müzakirə etməyib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin sözcüsü Dmitri Peskov bildirib. O qeyd edib ki, görüş zamanı sülh planı yox, Çinin təşəbbüsü ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Çin lideri Si Cinpin martın 20-22-də Rusiyada səfərdə olub. O, martın 20-də, səfərinin birinci günü Putinlə Kremldə 4,5 saat təkbətək qeyri-rəsmi danışıqlar aparıb. Matın 21-də isə nümayəndə heyətlərinin iştirakı ilə Putin və Cinpin arasında ikitərəfli görüş keçirilib.