İran vətəndaşı Türkiyəyə narkotik keçirməyə cəhd göstərib.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ağrı şəhərində Doğubayazıt Narkotik Cinayətlər Bürosu qrupları protez ayağında gizlətdiyi narkotiki qaçaqmalçılıq yolu ilə İrandan Türkiyəyə keçirmək istəyən F.E.-ni yaxalayıb.

İranlı şübhəliyə baxış zamanı protez ayağının içərisində gizlədilən 3 bağlamada 71,82 qram metamfetamin və 1 bağlamada 0,52 qram tiryək saşkar edilərək götürülüb.

Barəsində cinayət işi açılan F.E. bu gün Doğubayazıt Prokurorluğuna aparılıb.