“PAŞA Property Management” şirkətinin Baş icraçı direktoru (СEO) vəzifəsinə Elçin Qədimov təyin edilib.

Şirkətdən İqtisadiyyat.az-a verilən məlumata görə, bundan əvvəl E.Qədimov şirkətin Baş kommersiya direktoru vəzifəsini icra edirdi. E.Qədimov 2022-ci ilin əvvəllərinə kimi maliyyə və bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, Cənubi Alabama Universitetinin MBA dərəcəsinə malikdir

“PAŞA Property Management” şirkətinin Baş kommersiya direktoru vəzifəsinə isə Riad Salayev təyin edilib. R. Salayev 2022-ci ilin avqust ayından etibarən "PAŞA Management Company"də Transformasiya direktoru  olub. Daha əvvəl isə o, "McKinsey", "Landau Məktəbi" və "Schlumberger" kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, “PAŞA Property Management” şirkəti daşınmaz əmlakın satışı, icarəsi və idarə edilməsini həyata keçirir.