Pakistanın Hayber Paxtunxva bölgəsində güclü zəlzələ nəticəsində 9 nəfər həyatını itirib.

İqtisadiyyat.az bildirir ki, həmçinin hadisə nəticəsində 44 nəfər xəsarət alıb. 

Təkanların episentrinin Əfqanıstanda olduğu qeyd edilib. Ölkənin Laqman bölgəsində zəlzələdən 2 nəfər ölüb.

Həmçinin yeraltı təkanlar Tacikistan, Qazaxıstan və Özbəkistanda da hiss olunub.