Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana ümumilikdə 111 milyon dollar dəyərində 2 737 ədəd elektrikli avtomobil idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 2328 ədəd və ya 6,7 dəfə artıb.

Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilə nisbətən 96,7 milyon dollar və ya 7,7 dəfə artıb.

 

Gözəl Həşimova