Xəbər verdiyimiz kimi, bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.

İqtisadiyyat.az "Operativ Media"ya istinadən xəbər verir ki, yeni qaydalara uyğun gəlməyən taksilərin sürücülərinin profillərinə "Bolt", "Uber", "Yango" kimi tətbiqlərdə blok tətbiq edilib.

Bəzi sürüclər isə avtomobillərinin yeni qaydalara cavab vermədiyi halda belə profillərinin hələ də bağlanmadığını bildiriblər. 

Ehtimal olunur ki, proses mərhələli şəkildə həyata keçiriləcək.