"Lənkəran Məişət-Təmir" ASC-yə yeni sədr seçiləcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı avqustun 25-də şirkətin  səhmdarların növbədənkənar iclasında qərar qəbul ediləcək.

Eyni zamanda iclasda şirkətə əlahiyyətli şəxsin təyin edilməsi məsələsi də gündəliyə daxil edilib.

Qeyd edək ki, "Lənkəran Məişət-Təmir" ASC 1998-ci ildə dövləıt qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 81528 manat, qanuni təmsilçisi isə Axundova Əsmər Nəriman qızıdır.