Birləşmiş Millətlər Təşkilatının İnkişaf Koordinasiya Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi Yeop Son ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.