Azad olunan ərazilərdə iyulun 22-28-də 31 tank əleyhinə mina, 66 piyada əleyhinə mina, 898 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 885 hektar ərazi minalardan təmizlənib.