Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan istiqamətindən “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan, xarici ölkə vətəndaşının idarə etdiyi “Iveco” markalı yük avtomobilinə gömrük baxışı keçirilib.

Sürücü avtomobildə 1 000 ABŞ dolları və 58 000 rus rublu olduğunu bəyan edib.

Yoxlama zamanı isə nəqliyyat vasitəsinin salonunda, sənədlər üçün nəzərdə tutulan çantanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 19 000 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.