İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ölkədəki biznes subyektlərinin "eximbank" (ixrac-idxal) alətlərinə ehtiyacının öyrənilməsi məqsədilə onlar arasında sorğu və müsahibələr keçirib.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Agentlikdən bildirilib.

"Bundan başqa, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ixracatçıların maliyyə resurslarnaı və məhsullarına əlçatanlığının təmin olunması bəndi müəyyənləşdirilib. Bu bəndin də icra müddəti 2022-2026-cı illəri əhatə edir. Bu istiqamətdə ilkin olaraq pilot rejimdə tətbiq olunacaq “exim” məhsullarının sayının müəyyən olunması, növbəti dövrlərdə isə bu mexanizmlərin tətbiqi və onlardan sahibkarların və ixracatçıların istifadəsinin təmin olunması nəzərdə tutulub. Yəni bu istiqamətdə də hazırda Dünya Bankının ekspertləri ilə əlavə təhlillər aparılır. Bu sahədə bir sıra ölkələrin uğursuz təcrübəsi nəzərə alınaraq, Azərbaycan məsələyə daha həssas yanaşır", - deyə məlumatda qeyd olunub.