Nyu-Yorkun mərkəzində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində azı 38 nəfər xəsarət alıb.

Bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Manhettenin mərkəzində evin 20-ci mərtəbəsində baş verən yanğına elektrikli velosipedin akkumulyatorunun alışması səbəb olub. İlkin versiyaya görə, sakinlərdən biri evdə belə avadanlıqların təmiri ilə məşğul olub.