Şifrə paylaşımı ilə gündəmə gələn Netflix yeni xüsusiyyətini təqdim edəcək. Hesablarını başqaları ilə paylaşan istifadəçilər istənilən vaxt digər cihazlarda sessiyanı bitirə biləcəklər. Netflix istifadəçiləri tezliklə uzaqdan sistemdən çıxmaq imkanı əldə edəcəklər.

Bir çox platforma, xüsusilə WhatsApp və Telegram, bir kliklə eyni hesaba qoşulan cihazlardan çıxmaq imkanı təklif edir. Netflix istifadəçilərin hesablarına daxil olan bütün cihazları və cihazın yerini göstərən "Giriş və Cihazları idarə et" bölməsini sınaqdan keçirməyə başlayıb.