Bu il əməkhaqqının birgə maliyyələşmə proqramı üzrə 1582 işsiz şəxsə iş yerlərinə göndəriş verilib. Əmək   və   Əhalinin   Sosial   Müdafiəsi   Nazirliyinin   tabeliyindəki   Dövlət   MəşğulluqAgentliyinin   icra   etdiyi   “İşəgötürənlə   birgə   işçilərin   əməkhaqqınınmaliyyələşdirilməsi”(proqramı   üzrə   həm   işsiz   şəxslərə,   həm   işəgötürənlərə   dəstəyingöstərilməsi davam edir. 2022-ci ilin ötən  dövründə  də   proqram  üzrə  1582  işsiz şəxsə  iş  yerlərinə   göndərişverilib. Bu dövrdə proqramda iştirak üçün müraciət edən 160 işəgötürənlə əməkdaşlıqmüqaviləsi imzalanıb. Həmin işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işlə təmin edilən şəxslərin 1 ilərzində   əməkhaqlarının   bir   hissəsi   Dövlət   Məşğulluq   Agentliyi   tərəfindənmaliyyələşdiriləcək.