Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əmək haqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əmək haqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək.

Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əmək haqqının artım fazinə görə indeksləşdiriləcək.

Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əmək haqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.

İqtisadiyyat.az ın xəbərinə görə bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova "Xəzər Xəbər"ə bildirib