Azərbaycanda seçki məntəqələri parlament seçkilərini qanunvericiliyə uyğun şəkildə keçirəcək və zəruri qaydaları təmin edəcək.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu barədə Nəsimi-Yasamal seçki dairəsi üzrə 22 saylı seçki məntəqəsinin komissiya sədri Heydər Abbasov məlumat verib.

"Seçki məntəqəsi seçki məcəlləsinə uyğun tam hazır vəziyyətdədir. Orada müşahidəçilər, məsləhətçilər və səlahiyyətli nümayəndələr mövcuddur. Hər şey qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi şəkildə təşkil olunub. Komissiya üzvləri öz yerlərindədir, hər şey tam hazırdır. Biz seçkiləri qanunvericiliyə uyğun şəkildə keçirməyə və zəruri qaydanı təmin etməyə hazırıq", - o bildirib.