Qəbələdə tanınmış restoran satışa çıxarılıb.

Bu barədə ölkənin əmlak saytlarının birində elan yerləşdirilib.

Belə ki, Qəbələ rayonunda yerləşən “Qədim Qəbələ” restoran - ailəvi istirahət mərkəzi satılır. Elana əsasən, Qəbələdə, əsas yolun kənarında yerləşən obyekt 90 sotun içində yerləşir. Tikilinin sahəsi 4000 kv.m. təşkil edir.

Elan müəllifi qeyd edir ki, obyektin sənədləri qaydasındadır. Obyekt hazırda icarədədir.

Restoranın qiyməti isə 3 milyon manat təşkil edir.fins.az