İtaliyanın Apuliya bölgəsində helikopter qəzaya uğrayıb.

İqtisadiyyat.az yerli mətbuata istinadən xəbər verir ki,bu barədə regionun vitse-prezidenti Rafaele Piemontese bildirib.

Helikopterin içərisində olan 7 nəfərin hamısı ölüb.

Adriatik dənizindəki Tremiti adasından havaya qalxan “Agusta A109” helikopteri radarlardan itib.

Ölən dörd nəfərin Sloveniyadan olan eyni ailənin üzvləri olduğu bildirilir.