İtaliya Ukraynaya hərbi yardımı artırmalıdır, onun ümumi məbləği ildə 1,7 milyard avroya çatacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corc Meloni NATO-nun Vaşinqtondakı sammitində deyib.

Onun sözlərinə görə, İtaliyanın kifayət qədər vəsaiti yoxdur, buna görə də Roma çərçivənin sərt və məcburi olmaması üçün çalışır.

Məlumata görə, indiyədək İtaliyanın Ukraynaya yardımı ildə təxminən 1,2 milyard avro olub. Bu məbləğin 400 milyon avrodan çox artırılması müəyyən çətinliklər yaradır.

 

Gözəl Həşimova