İran və Bəhreyn qarşılıqlı səfirlikləri açacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bəhreyndə səfərdə olan İran parlamentinin nümayəndə heyətinin üzvü Elham Azad “Tasnim” agentliyinə açıqlama verib.

Elham Azad deyib ki, Bəhreyn parlamentinin sədri ilə keçirdikləri görüşdə İran və Bəhreyn arasında diplomatik əlaqələrin bərpasını davam etdirmək üçün iki ölkə arasındakı səfirliklərin tezliklə fəaliyyətini bərpa etməsinə qərar veriblər.

Qeyd edək ki , Səudiyyə Ərəbistanı 2016-cı ildə İran İslam Respublikası ilə diplomatik əlaqələri dayandırtdıqdan bir gün sonra Manama da Tehranla diplomatik əlaqələri kəsib.