"Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsində ilk oyuna çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Xorvatiyada “Dinamo”nun qonağı olacaq. Zaqreb təmsilçisi ilə görüşə saat 23:00-da start veriləcək.

Komandalar arasındakı cavab oyunu avqustun 28-də Bakıda olacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyun

20 avqust

23:00 Dinamo Zaqreb (Xorvatiya) – Qarabağ

Baş hakim: Qlenn Nyuberq (İsveç)

“Maksimir” stadionu, Xorvatiya