Çinin “Huawei” şirkəti bu ilin sonuna kimi "5G" dəstəkli smartfonların kütləvi istehsalını bərpa etməyi planlaşdırır.

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, şirkət ABŞ-dan çiplərin tədarükünə qoyulan qadağanı aradan qaldıracaq.

Məlumata əsasən, şirkət öz istehsalı olan 2-10 milyon məbləğində "5G" çipləri alacaq. Bu çiplər Çinin ən böyük mikroelektronika istehsalçısı "Semiconductor Manufacturing International Corporation" ilə birgə yaradılıb. Özəl "5G" çipləri "Huawei"yə "iPhone"un rəqiblərindən biri sayılan "P60" kimi flaqman modellərinin "5G" versiyasının istehsalını bərpa etməyə imkan verəcək.

Mütəxəssislərin fikrincə, "5G" çiplərindən istifadə edən yeni "Huawei" seriyasının təqdimatı 2024-cü ildən mümkün olacaq.